15 
May
2017
15:08
6
40
899
Virtual karabakh

“NETTY 2017”-nin nominantlarının seçilmə prosesi başlandı

NETTY mükafatının Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsvermə prosedurası başlandı. Mayın 15-dən mayın 22-dək Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. 

22 may tarixdə Ekspert Şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından üç nominant seçir, onların seçimi Akademiyanın səsverməsi başlandığı an “Şəbəkənin seçimi” əlavə nominasiyada göstəriləcək) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində, müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. 

“NETTY 2017” nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı “NETTY heykəlciyi” - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək. 

Bu il müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin rəsmi dəstəyi ilə keçirilir. 

Mükafatın baş partnyoru - “Azercell” şirkətidir. Mükafatın partnyorları: “BakuTel” sərgisi, “SmartHost.az” şirkəti, “Renley.az” internet agentliyi, “Kassir.az” layihəsidir. Hüquqi dəstək “dejure.az” layihəsi tərəfindən göstərilir. 

Elektron ticarət sahəsində ən yaxşı sayt nominasiyanın partnyoru Acqalma.az layihəsidir. Tədbirə İnformasiya dəstəyini Infocity.az, CBC telekanal, 1news.az, Oxu.Az, Disput.az, Salamnews.org, GameZone Baku, Autoradio.az göstərir. 

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. 

NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. 2017-ci ildə NETTY Azərbaycanın Milli İnternet Mükafatı 13-cü dəfə keçirilir. 

Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.

U.A.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İKT xəbərləri