17 
May
2017
13:04
77
9
2377
Virtual karabakh

Böyük yaddaş həcmi olan kompüter yaradılıb

17 May, 2017
13:04
2377

Böyük yaddaş həcmi olan kompüter yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hewlett Packard” şirkəti 160 terabayt yaddaş həcmi olan kompüterin prototipini yaradıb. Şirkətdə hesab edirlər ki, söhbət operativ və daimi olan yaddaşdan gedir. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Böyük həcmli məlumatlar ilə işləmək üçün yaradılan kompüter, eyni zamanda 160 milyon kitab ekvivalentində olan məlumatı təhlil edə bilər. 

“The Machine” (“maşın”) adı alan qurğuda “Linux” əsaslı əməliyyat sistemindən istifadə edilir. 
Kompüterin yaradıcıları əsas diqqəti prosessora deyil, yaddaşa yönəldiblər. 

HP bəyan edib ki, kompüterin ərsəyə gəldiyi tədqiqat layihəsi çərçivəsində, son nəticə olaraq “demək olar ki, sonsuz” yaddaş yaradılıb.  

“Maşın” üzərində iş beş il öncə başlanıb. HP mütəxəssisləri mövcud kompüterlərin böyük həcmli materiallar ilə işləmək üçün yetərli olmadığı və məhz bu məqsədlə superkompüter yaratmaq qərarına gəliblər. Təxminən üç il öncə bu kompüterin üzərində HP laboratoriyalarının 75% əməkdaşı çalışırdı. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri