17 
May
2017
17:48
64
21
1480
Virtual karabakh

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında iştirak edir

17 May, 2017
17:48
1480

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında iştirak edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-də Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş qərargahında bu təşkilatın Şurasının illik sessiyası işinə başlayıb. Azərbaycan nümayəndə heyəti iclasda iştirak edir. 

Bu barədə Oxu.Az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Şura BTİ-nin ali orqanıdır, illik iclasında təşkilatın keçən ildəki fəaliyyətini qiymətləndirir, hesabatları təsdiq edir, yeni birillik müddətə planları müəyyənləşdirir. 

BTİ-nin 193 üzv ölkəsindən yalnız 48-i Şuranın üzvüdür, Azərbaycan 2014-cü ildə Şuraya üzv seçilmişdir.

Azərbaycan nümayəndə heyəti Şuranın iclasında fəal iştirak edir, gündəlikdəki məsələlər üzrə təkliflərini bildirir, çoxsaylı görüşlər keçirir. 

Bu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd edilir və günün mövzusuna uyğun olaraq, “Böyük təsir üçün böyük həcmli verilənlər” mövzusunda toplantı keçirilir.

Toplantıda inkişaf məqsədləri üçün böyük verilənlərin potensialından istifadə və inkişafı dəstəkləmək üçün böyük həcmli verilənlərin informasiyanın əldə edilməsi imkanları müzakirə olunur.

Sessiya öz işini mayın 25-dək davam etdirəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri