18 
May
2017
13:10
10
70
1293
Virtual karabakh

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, komitə sədri Rafael Hüseynov bildirib ki, qanun layihəsində birinci oxunuşla müqayisədə ciddi dəyişiklik yoxdur.

O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər: “Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni buna texniki imkanları yoxdur. Amma maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir. Qanun layihəsi ilə bağlı prezidentin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb. Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”.

Layihə ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

A.M.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İKT xəbərləri