19 
May
2017
09:20
93
14
3390
Virtual karabakh

Məşhur yazıçı “Azercell”in layihəsindən şikayətləndi

Yazıçı Tural Cəfərov “Azercell Bookmate” layihəsindən narazılığını bildirib.

Oxu.Az-ın məlumatına görə, öz “Facebook” səhifəsində layihəyə iradını bildirən T.Cəfərov azərbaycanlı yazıçıların kitablarının “Azercell Bookmate”də gec qoyulmasından gileylənib.

Yazıçı ondan kitablarının e-pub versiyasını istəyəndə maraqlanıb və oxucuların bu kitablar üçün pul ödəməli olacaqlarını öyrənib. Maraqlı məqam ondan ibarətdir ki, yazıçıya faktiki olaraq pul ödənilmir. 

“Pul da istəmirik, bu heç. Amma bir şirkət niyə ədəbiyyatdan pul qazansın ki? Üstəlik, yazıçı qazanmadığı halda. 

Dedilər bəs, heç biz də qazanmırıq, beynəlxalq layihədir, biz də ora ödəyirik. Mən də cavab olaraq dedim ki, fallardan, hikmətli aforizmlərdən, telefonumuza göndərdiyiniz “epilyasiya” elanlarından əldə etdiyiniz pulla layihəni maliyyələşdirsəniz, o zaman sizə kitablarımı verərəm. 

Oxucu da beləcə kitabı pulsuz oxuyar. Bəlkə kiminsə kitab almağa pulu yoxdur. Bəlkə deyəndə ki, yoxdur da. Amma bir də o boyda operator bu kiçik layihənin maliyyə məsələsini təmin etməyərək kitab oxumaq üçün oxucudan pul alırsa, məni bağışlayın, mən oxucumla aramda mobil operator qoya bilmərəm, - deyə Tural Cəfərov yazıb.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İKT xəbərləri