29 
May
2017
20:49
231
42
10825
Virtual karabakh

Bu kənddə mobil telefon və “Wi-Fi” qadağandır – FOTO

29 May, 2017
20:49
10825

Bu kənddə mobil telefon və “Wi-Fi” qadağandır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Virciniya ştatında yerləşən kəndlərdən birində kabelsiz elektrik avadanlıqlarından istifadə qadağandır. 

Oxu.Az-ın məlumatına görə, AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Grin Bank adlı kənddə heç kimin mobil telefonu yoxdur.

Orada “Wi-Fi” və elektrik sobasından istifadə də qadağan edilib. Buna səbəb nəhəng Grin Bank teleskopudur. Bu, olduqca böyük və idarəedilən radio teleskopdur. 

Teleskop, həmçinin dünyada ən böyük idarə edilən cisim xüsusiyyətinə malikdir. Grin Bank Qərbi Virciniyada Beynəlxalq Radio Astronomiyası Müşahidə Evinin bir hissədir. 

Müşahidə Evinin fəaliyyətinə təsir etməmək üçün 34 min km-ə qədər olan ərazi “Beynəlxalq Səssizlik Ərazisi” kimi adlanır. 

Buna görə də, orada mobil telefonla yanaşı kabelsiz elektrik cihazlarından istifadə qadağandır. 

Kənddə hazırda 147 nəfər yaşayır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri