22 
May
2017
17:57
19
78
2570
Virtual karabakh

“Facebook”un daxili qaydaları mətbuata sızdı

22 May, 2017
17:57
2570

“Facebook”un daxili qaydaları mətbuata sızdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsinin daxili moderatorluq-redaktə qaydaları mətbuata sızıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.  

Məsələn, şirkətin moderatorlarına ilk növbədə konkret şəxslərə qarşı birbaşa və həyata keçirilməsi mümkün olan zorakılıq çağırışlarını silmək tapşırılıb. 

Misal üçün moderatorlar “Tramp güllələnməlidir” çağırışlarını dərhal silməlidir. Lakin əgər bir istifadəçi kiminsə ölümünü arzulayırsa və bunu yazırsa, bu cür mesajları silmək məcburi deyil.   

Uşaqlar üzərində zorakılığa dair foto və videolar qadağandır. İnsanların lüt fotolarının icazəsiz yayılmasına qarşı da sərt qaydalar var, lakin istisnalar da edilir. Məsələn, tarixi sənəd olan və keçmişə aid bu cür fotolar paylaşmaq olar.

“Facebook” moderatorlarının böyük həcmdə şikayətlərin öhdəsindən çətinliklə gəldikləri bildirilir.

Mövcud qaydalar isə heç də bütün halları əhatə etmir. İstifadəçilər tez-tez dəqiq qaydaların olmamasından şikayətlənirlər.  

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri