24 
May
2017
20:39
244
48
2324
Virtual karabakh

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

24 May, 2017
20:39
2324

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb.

Oxu.Az Trend-ə istinadən məlumat verir ki, layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. “Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri