26 
May
2017
15:22
273
31
12510
Virtual karabakh

Tanınmış jurnalist “Azercell”dən şikayətçidir – FOTO

26 May, 2017
15:22
12510

Tanınmış jurnalist “Azercell”dən şikayətçidir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış jurnalist Əzizə İsmayılova ölkənin ən böyük operatoru olan “Azercell”dən şikayət edib. 

Oxu.Az xəbər verir ki, xanım jurnalist iddia edir ki, şirkət onun balansından 10 manat pul çıxıb. 

“Dünən 10 manat internetə pul vurmuşam. Dərhal mesaj gəldi ki, pul yükləndi. İnterneti söndürmüşəm. Lazım olan rəqəmi yazıb 2525-ə göndərmişəm. Mənə cavab gəldi ki, balansınızda kifayət qədər pul yoxdur. Bir də balansı yoxlamışam, 0 qəpik”.

Ə.İsmayılova deyir ki, şirkətin müştəri xidmətindən ona bildirilib ki, bunun üçün “stop ay” yazıb 2525-ə göndərmək lazımdır:

“Qeyd olunan əməliyyatı yerinə yetirsəm də, heç bir nəticə olmadı. Üstəgəl, dedilər ki, bizdə göstərir ki, siz artıq internet paketini almışsınız. İndi də məlum olur ki, sən demə, gərək “stop” yazıb göndərməyəydim.

Yəni, o boyda şirkətin nümayəndəsi özü də baş açmır ki, nə nədi, necə olmalıdır. Adam özü israr edib ki, göndər, indi də deyir, “gərək göndərməzdin”. Bir sözlə, 10 manatımın arxasına keçdilər”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri