26 
May
2017
17:17
100
20
2382
Virtual karabakh

“Azərkosmos” ASC yeni layihəyə start verir

26 May, 2017
17:17
2382

“Azərkosmos” ASC yeni layihəyə start verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” layihəsinin ikinci mərhələsini elan edir. 

Oxu.Az-a qurumdan verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. 

Layihə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər. Təkliflər 31 iyul 2017-ci il tarixinədək qəbul olunacaq.

Qalib təkliflərin seçimi zamanı layihənin “Azersky”dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq. 

Layihə barədə ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

Məlumat üçün bildirək ki, “Azersky” peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri