28 
May
2017
12:05
270
25
18406
Virtual karabakh

Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir

28 May, 2017
12:05
18406

Azərbaycanda bu verilişlərdə reklamın verilməsi qadağan edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Uşaq hüquqları haqqında” qanuna yeni əlavələr təklif edilir.

Qanuna əlavələrin edilməsini nəzərdə tutan layihəyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Əlavəyə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri