17 
İyn
2017
21:45
189
53
12461
Virtual karabakh

İnterneti söndürə bilən 7 adam

17 İyn, 2017
21:45
12461

İnterneti söndürə bilən 7 adam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnternetin açarı kimin əlindədir? Masonların, Rokfellerlərin, yoxsa Rotşildlərin? ABŞ prezidenti Donald Trampın sözlərinə inansaq, İnternetin açarı Bill Qeytsin əlindədir. Lakin bu da dəqiq deyil. O halda İnternetin açarı kimdədir?

Oxu.Az technote.az-a istinadən xəbər verir ki, İnternetin açarı dünyada 7 fərqli dövlətdə yaşayan 7 fərqli adamdadır. Bunun səbəbi də bu böyük gücün tək bir nəfərin əlində cəmləşməsinə imkan verməməkdir.

Qeyd edək ki, birlik İnternetlə bağlı yarana biləcək hər hansı təhlükə zamanı vəziyyəti ələ almaq məqsədilə beynəlxalq razılaşma əsasında yaradılıb. 2010-cu ildə qurulan birlikdə dünyanın hər tərəfindən “keymaster”-lər yer alır. Onlar aşağıdakılardır:

 1.Paul Kane (Britaniya)

2.Dam Kaminsky (ABŞ)

3.Jiankang Yao (Çin)

4.Moussa Guebre (Burkina Faso)

5.Bevil Vuding (Trinidad və Tobago)

6.Ondrey Sury (Çexiya)

7.Norm Ritchie (Kanada)

Bu şəxslər ICANN-də (Təyin Olunmuş Adlar və Nömrələr Üçün İnternet Qurumu) fəaliyyət göstərirlər. Əsas işləri istifadəçilərin İnternet təhlükəsizliyini təmin etməkdir. Hamının adını, yaxınlarını və məlumatlarını bilirlər. Amma bunun yaxşı bir səbəbi var. ICANN bütün məlumatları öz əlinə keçirib “fake” hesablarla real hesabları ayırır.

Ona görə də İnternetdə milyonlarla spam olsa belə bu istifadəçinin gündəlik gəzintisinə ciddi təsir etmir.

İnternetin açarı məsələsinə gəldikdə, bu “açarlar” iki mərhələli yoxlanışdan sonra açılan gizli otaqlarda saxlanılır.

İnternetə restart vermək lazım olduqda 7 nəfər bir yerə yığışır və 7 açarı birlikdə baza stansiyasına taxırlar. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri