20 
İyn
2017
17:53
6
63
2828
Virtual karabakh

Dünyanın aparıcı İT şirkətlərinin reytinqi hazırlandı

20 İyn, 2017
17:53
2828

Dünyanın aparıcı İT şirkətlərinin reytinqi hazırlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gartner” analitik şirkəti informasiya texnologiyaları sahəsində şirkətlərin gəlir həcminə görə dünyanın aparıcı İT şirkətlərinin reytinqini tərtib edib.

Oxu.Az “ICTnews”-a istinadən xəbər verir ki, 2016-cı ilin məlumatları üzrə tərtib edilmiş reytinqin ilk pilləsində “Apple” şirkəti qərarlaşıb. Analitiklər bu şirkətin İT gəlirini 218,1 milyard dollar məbləğində qiymətləndiriblər. 2015-ci ildə bu göstərici 235 milyard dollar idi.

139,1 milyard dollar gəlirə malik “Samsung Group” ikinci yeri tutub. 2015-ci ildə Cənubi Koreya nəhənginin gəlirinin həcmi 142 milyard dollar idi.

“Gartner” şirkətinin təhlilinə görə, 90 milyard dollar məbləğində dövriyyəyə malik “Google” dünyanın üçüncü aparıcı şirkətidir. Məlumat üçün, 2015-ci ildə 74,9 milyard dollar gəlirə malik korporasiya beşinci yeri tutmuşdu.

Yeni reytinqdə “Microsoft” (85,7 milyard dollar) şirkəti dördüncü, “IBM” (77,8 milyard dollar) şirkəti isə beşinci yeri tutub. 2015-ci ildə bu şirkətlər müvafiq olaraq reytinqin üçüncü və dördüncü pillələrində qərarlaşmışdılar.

L.Ə.

wwww.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri