21 
İyn
2017
14:26
38
48
3145
Virtual karabakh

“Samsung Galaxy Note 8” smartfonunun təqdimat tarixi bəlli olub

21 İyn, 2017
14:26
3145

“Samsung Galaxy Note 8” smartfonunun təqdimat tarixi bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimat tarixi məlum olub. İnsayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.

Daha öncə “Samsung” şirkətinin “Note 8” smartfonunun  2017-ci ilin sentyabrında Berlində keçiriləcək “IFA” konfransında nümayiş etdiriləcəyi barədə məlumat yayılmışdı. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək  tədbirində təqdim etməyi planlaşdırır.

Şayiələrə görə, “Samsung Galaxy Note 8” smartfonu 4428x2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, “Qualcomm Snapdragon 836” prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək.

“Samsung Galaxy Note 7” cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb.

2017-ci ilin martında şirkət təmir edilmiş “Galaxy Note 7” qurğusunu yenidən satışa çıxarıb.

© The Investor
S.S.

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri