21 
İyn
2017
14:13
16
63
1604
Virtual karabakh

“Apple” kompüteri hərracda 355 min dollara satıldı

21 İyn, 2017
14:13
1604

“Apple” kompüteri hərracda 355 min dollara satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple”-ın 1976-cı il istehsalı olan 6 işlək kompüterindən biri hərracda 355 min dollara satılıb. 

Oxu.Az ictinfo-ya istinadən xəbər verir ki, sonuncu hərrac zamanı şirkətin ilk istehsallarından olan kompüter üçün ödənilən məbləğ elə də böyük olmayıb. 

Belə ki, 2013-cü ildə analoji model üçün, demək olar ki, 2 dəfədə böyük məbləğ – 671 min, 2014-cü ildə isə 905 min dollar ödənilib. Müqayisə üçün qeyd edək ki, hərrac zamanı 4-rotorlu “Eniqma” maşını 547 min dollara satılıb.

“Apple”-ın ilk kompüterini şirkətin həmtəsisçisi Stiv Voznyak şəxsi istifadə üçün yaradıb. Hazır ödəmə şəklində qurğu 666,66 dollara satılıb. Bu rəqəm ixtiraçının ən sevimli rəqəmi olub. Kompüterdən istifadə üçün sahibi ona ekranı, korpusu, qida mənbəyini və klaviaturanı müstəqil əlavə etməli idi. Bu tip kompüterlərdən cəmi 200 ədəd satışa çıxarılıb. İndi dünyada bu kompüterdən 63 ədəd mövcuddur. Onun da 6-sı işlək vəziyyətdədir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri