21 
İyn
2017
14:31
8
44
2076
Virtual karabakh

Qlobal trafikin həcmi 71 eksabayta çatacaq

21 İyn, 2017
14:31
2076

Qlobal trafikin həcmi 71 eksabayta çatacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ericsson” şirkətinin illik “Ericsson Mobility Report” hesabatında 2022-ci ilədək Yer kürəsi əhalisinin böyük həcmdə informasiya mübadiləsi edəcəyi qeyd olunur.

Oxu.Az ictnews-a istinadən analitiklərin hesablamalarına görə, 71 eksabayt genişzolaqlı internet vasitəsilə 6 milyarddan çox qoşulmuş unikal smartfon abunəçisi və 8,3 milyard kontakt tərəfindən hasil olunacaq. Bura planet əhalisinin sayını 3 dəfə üstələyəcək “Əşyalar interneti” qurğularını da aid etmək olar.

Bununla yanaşı, hesabatda əsas üstünlüyü auditoriyası təxminən 5 milyard istifadəçiyə çatacaq “LTE” rabitə standartının təşkil edəcəyi qeyd olunur. Bundan başqa, proqnozlara görə, qeyd olunan müddətədək “5G” şəbəkə istifadəçilərinin sayı 500 milyon nəfərə bərabər olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri