22 
İyn
2017
13:32
33
97
1888
Virtual karabakh

Ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib

22 İyn, 2017
13:32
1888

Ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il ödəmə terminallarına edilmiş hücumların sayı artıb. “Trustwave” informasiya təhlükəsizliyi şirkətinin məlumatına görə, 2016-cı ildə ödəmə terminallarına edilmiş hücumların sayı 31% yüksəlib.
 
Oxu.Az “ICTnews”a istinadən xəbər verir ki, “Trustwave” şirkətinin ekspertləri tərəfindən bu sahədə araşdırılan hadisələrin 49%-i Şimali Amerika, 21%-i Asiya-Sakit okean regionu, 20%-i Avropa, Orta Asiya və Afrika, 10%-i isə Cənubi Amerikanın payına düşür.

Hücumların 22%-i pərakəndə ticarətlə məşğul olan şirkətlərə, 20%-i isə ictimai qida müəssisələrinə qarşı həyata keçirilib.
 
“Trustwave” şirkəti tərəfindən araşdırılmış hadisələrin 50%-dən çoxu bank kartlarının oğurlanması ilə bağlıdır. 33% halda hakerlər məlumatları kartların maqnit lentlərindən oğurlayıblar, 30% halda isə hücum kart olmadan əməliyyatların keçirilməsi zamanı həyata keçirilib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri