22 
İyn
2017
15:18
16
30
1656
Virtual karabakh

“Əşyalar interneti” laboratoriyası yaradılıb

22 İyn, 2017
15:18
1656

“Əşyalar interneti” laboratoriyası yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı və İspaniyanın “Telefonica” rabitə operatoru açıq “Əşyalar interneti” (IoT) laboratoriyası yaradıb.

Oxu.Az “ICTnews”a  istinadən xəbər verir ki, Çilidə istifadəyə verilən “NB-IoT Open Lab” layihəsinin məqsədi darzolaqlı “Əşyalar interneti” texnologiyaları ilə əlaqədar həll və əlavələrin hazırlanmasını sadələşdirmək və sürətləndirməkdən ibarətdir.

Laboratoriya mobil “IoT” şəbəkə bazarına qabaqcıl həllərin çıxarılması üçün istehsalçı, tərəfdaş, ekspert, tərtibatçı və dizaynerlər ekosisteminin yaradılması üçün nəzərdə tutulub. Onlar “Huawei”in resurs və imkanlarının “Telefonica” şirkətinin tədqiqat mərkəzinin elmi-texniki bazası, eləcə də, resurs və innovasiyaları ilə birləşdirilməsi sayəsində “IoT” texnologiyalarından birinci yararlana biləcəklər.

Məlumata görə, “NB-IoT” laboratoriyası çərçivəsində praktik “IoT” texnologiyalar mərkəzi yeni texnologiyaların tətbiqində maraqlı olan “Əşyalar interneti” cəmiyyətinin iştirakçılarının görüş yerinə çevriləcək. Texnologiyanın tətbiqinə proqram təminatının uyğunluğunun sınaqları üzrə görüşlər, birgə işlənmə və testlər, startaplar üçün treninq və proqramlar, eləcə də, digər çoxlu birgə tədbirlər xidmət edəcək. Laboratoriya faydalı əməkdaşlıq üçün platforma rolunu oynamaqla tədarükçülərə birlikdə yeni “IoT” servislərinin tətbiqini sürətləndirməyə imkan verəcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri