22 
İyn
2017
17:32
99
40
3260
Virtual karabakh

Google-ın Rusiya domeni bağlandı -YENİLƏNİB

22 İyn, 2017
17:32
3260

Google-ın Rusiya domeni bağlandı -YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Google axtarış servisinin Rusiya domeni google.ru blokdan çıxarıldı.

Oxu.Az bu barədə Meduza-ya istinadən xəbər verir.

Yerli vaxtla 16:15-də (Bakı vaxtı ilə 17:15) provayderlərin saytları blok etdiyi domenlər siyahından çıxarıldı. Google.ru üç saat ərzində blok edilib. Bu müddət ərzində onu “Akado” və TTK kimi iri provayderlər blok ediblər. 

16:38

Google.ru (axtarış servisinin rus versiyası) səhifəsi qadağan edilmiş informasiya reyesterinə daxil edilib. 

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, “qara siyahıya” daxil edilmə tarixi kimi 2017-ci ilin 16 iyun göstərilir. Bloketmənin təşəbbüskarı Federal Vergi Xidmətidir. 

Reyesterdə “çıxış məhdudlaşdırılmır” göstərilsə də, bir sıra operatorlarda artıq saytın yüklənməsi ilə bağlı problemlər yaranıb. Belə ki, Telecom TZ  operatorlarında google.ru açılmır. 

Rusiya nəzarət komitəsinin nümayəndəliyi vəziyyəti hələlik şərh etməyib. Google-dan  bu məsələyə dair suala operativ cavab verilməyib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri