22 
İyn
2017
17:40
18
64
2336
Virtual karabakh

“Facebook” yeni funksiyanı sınaqdan keçirir

22 İyn, 2017
17:40
2336

“Facebook” yeni funksiyanı sınaqdan keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsi istifadəçilərin fotoşəkillərini kopyalanmaqdan qorumaq üçün yaradılan yeni funksiyanı sınaqdan keçirir.  Müvafiq layihə “Photo Guard” adlanır.

Oxu.Az “ICTnews”a istinadən xəbər verir ki, “Photo Guard” profil fotoşəklinin mümkün kopyalanmasını 70 faiz azaldır.

Məlumata görə, sosial şəbəkə istifadəçiləri funksiyanı aktivləşdirməklə digər istifadəçilərə öz profillərindən fotoşəkil yükləməyi, eləcə də, orada dostları qeyd etməyi qadağan etmiş olacaqlar.

Lakin yenilikdə diqqəti daha çox “Photo Guard” funksiyasının istifadəçi fotoşəkillərinin skrinşotlarının yaradılmasının qadağan edilməsinin aktivləşdirilməsi cəlb edir. Texniki baxımdan skrinşotların yaradılmasının qadağan edilməsinin tətbiqi tam aydın olmasa da, mütəxəssislər qeyd edir ki, funksiya “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər qurğularda işləyir.

“Facebook”un sınaq “Photo Guard” funksiyası hazırda yalnız Hindistan ərazisində istifadəyə verilib, lakin gələcəkdə sosial şəbəkənin proqramın coğrafiyasını genişləndirəcəyi gözlənilir.

Qeyd edək ki, istifadəçilərin sosial şəbəkə səhifələrində yüklədikləri fotoşəkillərin qeyri-qanuni kopyalanması çoxdankı və ciddi problemdir. Praktikadan məlum olur ki, onu həll etmək heç də asan deyil.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri