23 
İyn
2017
15:37
17
66
1796
Virtual karabakh

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

23 İyn, 2017
15:37
1796

Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Check Point”  şirkəti tədqiqat apararaq dünyada hər dördüncü təşkilatın “Fireball”  və “WannaCry” viruslarının hücumuna məruz qalmasını açıqlayıb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, əvvəllər məlum olmayan viruslar ən fəal zərərli proqram təminatı ailəsi üçlüyünə daxil olub. “Fireball” dünya təşkilatlarının 20 faizinə ziyan vurub.

“WannaCry” təşkilatların 8 faizinə hücum edib. Həmçinin, aktiv viruslardan biri şirkətlərin 16 faizini yoluxduran “RoughTed” olub.  

“RoughTed” zərərli reklamın geniş kampaniyasıdır. “WannaCry”da olduğu kimi, virus yaradıcıları onun şəbəkələr daxilində və arasında yayılması üçün “Windows SMB”  eksploytunun “EternalBlue” adlı imkanlarından istifadə ediblər.

Məlumata görə, ən aktiv zərərli proqramlar onluğuna, həmçinin 2017-ci ilin mayınadək mütəxəssislərə məlum olmayan “Jaff”  proqram təminatı daxildir. Virus səkkizinci yeri tutub. Ən fəal mobil zərərli proqramlar arasında “Hiddad” və “Triada” viruslarını geridə qoyan “Hummingbad” olub.

“Check Point” hesabatında qeyd olunur ki, kiberhücumlara ən çox Zambiya, Nigeriya və Kamboca, ən az isə Lixtenşteyn, Tanzaniya və Gernsi adasının şirkətləri məruz qalıb.
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri