23 
İyn
2017
16:19
117
58
1632
Virtual karabakh

Rus hakerlər britaniyalı məmurların parollarını oğurladı

23 İyn, 2017
16:19
1632

Rus hakerlər britaniyalı məmurların parollarını oğurladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hakerlər internetdə Böyük Britaniya dövlət məmurlarının parollarını satır və mübadilə edirlər.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda “The Times” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, hakerlər nazirlərə, parlamentarlara, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına məxsus elektron poçt ünvanlarını və parolları ələ keçiriblər. Bu məlumatlar rusdilli haker resurslarından birində yerləşdirilib.

“İki böyük siyahıda min parlamentarın və parlament əməkdaşının, 7 min polis məmurunun və XİN-in mindən çox əməkdaşının oğurlanmış məlumatları var”, - deyə qəzetin xəbərində bildirilir.

Qurbanlar sırasında təhsil naziri Castina Qrininq, biznes işləri üzrə nazir Qreq Klark da var.
“The Times” hakerlərin “LinkedIn”, “MySpace” və digər sosial şəbəkələrdən şəxsi məlumatları oğurladıqlarını yazıb. Hadisədən sonra Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi məlumatların müdafiəsi ilə bağlı tələblərini yeniləyəcəyini açıqlayıb.

L.Ə. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri