23 
İyn
2017
16:48
318
22
4012
Virtual karabakh

Mark Zukerberq ilk dəfə iftara qatılıb

23 İyn, 2017
16:48
4012

Mark Zukerberq ilk dəfə iftara qatılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Facebook-un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

“Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var”, - M.Zukerberq Facebook səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: “Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri