27 
İyn
2017
22:24
112
43
4792
Virtual karabakh

İri şirkətlər “Petya”nın hücumuna məruz qaldılar

27 İyn, 2017
22:24
4792

İri şirkətlər “Petya”nın hücumuna məruz qaldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya üzrə bir çox iri şirkətlər güclü haker hücumuna məruz qaldıqlarını bəyan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə APA  xarici KİV-lərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya və Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar.  

Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır.  

Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” adlı virusun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər.

Qeyd edək ki, bu gün Ukrayna və Rusiyanın bir çox iri şirkətlərinin kompüter şəbəkələrinə buraxılan bu virus daha sonra digər ölkələrə yayılıb.

Virus proqramı  kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri