28 
İyn
2017
22:23
192
41
15611
Virtual karabakh

“Whatsapp” istifadəçilərinin cəmi 5 dəqiqə vaxtı olacaq

28 İyn, 2017
22:23
15611

“Whatsapp” istifadəçilərinin cəmi 5 dəqiqə vaxtı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Whatsapp”-da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, “Whatsapp” şirkəti “iPhone”, “Android” və “Windows Phone” cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb.

Açıqlamaya əsasən “Geri qaytar” funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq.

Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxt olacaq. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə  ekrana çıxan “mesaj geri qayıtdı” cümləsi ilə anlamaq mümkündür.

Mesajı geri qaytarmaq üçün isə “Android”-də mesaja toxunub basılı saxlayın, sonra isə “Menyu” düyməsinə - “Geri qaytar”a toxunun. “iPhone” və “Windows Phone”da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə “Geri qaytar” düyməsinə toxunun.

Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə “mesaj geri qaytarıldı” yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri