İyl
2017
16:46
6
76
3291
Virtual karabakh

Smartfonlar üçün yeni təhlükə – “Görünməz proqram”

7 İyl, 2017
16:46
3291

Smartfonlar üçün yeni təhlükə – “Görünməz proqram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər. Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, virus smartfona düşdükdən sonra zərərverici proqram qurbanın kontaktlarına zərər vurmağa davam edir. Həmçinin istifadəçinin balansını öyrənərək pulu cinayətkarlara göndərir. Bundan başqa, sözügedən proqram istifadəçiyə bank proqramlarının saxta səhifəsini göstərərək onu öz kartının məlumatlarını daxil etməyə məcbur edir və bundan sonra pul  hesabdan silinir.

“Bu təhlükə “Android” mobil əməliyyat sisteminin istifadəçilərinə hədəflənib. Maraqlıdır ki, qurbanların telefonunda qurulmuş antiviruslar  sözügedən mobil tətbiqi zərərverici kimi qeydə almayıb. Bu vəziyyətdə antiviruslar kömək etmir” – “Group-IB” şirkətində zərərverici kodun dinamik təhlili bölməsinin direktoru Rüstəm Mirqasımov deyib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri