İyl
2017
10:13
29
81
8974
Virtual karabakh

“iPhone”u 5 dəqiqəyə enerji ilə doldurmağın yolları

8 İyl, 2017
10:13
8974

“iPhone”u 5 dəqiqəyə enerji ilə doldurmağın yolları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” smartfonlarını cəmi 5 dəqiqəyə enerji ilə doldurmaq mümkündür.

Oxu.Az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, belə bir nəticəyə elektron cihazlar sahəsindəki mütəxəssislər gəliblər.

Enerji ilə tez doldurulmanın yeni metodu ancaq yeni cihazlara, xüsusilə də “iPhone 6” və “iPhone 7” smartfonlarına aiddir.

Mütəxəssislər qeyd edirlər ki, ilk növbədə cihazın vəziyyətini yoxlamaq lazımdır. Onlar cihazın necə istifadə edildiyini və enerjinin necə doldurulduğunu müəyyən etməyi məsləhət görürlər. 

Ən tez enerji ilə dolmanı divara bərkidilmiş “iPadPro” cihazı təmin edə bilər. Enerji ilə doldurulma zamanı isə “iPhone”u aviarejimə keçirmək lazımdır ki, artıq enerji istifadəsi baş verməsin.

Maraqlıdır ki, mütəxəssislər cihaz enerji ilə doldurulan zaman ekranının qoşulmasını da məsləhət görmürlər. Onların sözlərinə görə, bu zaman “iPhone” smartfonlarını cəmi bir neçə dəqiqə ərzində tam doldurmaq mümkündür.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri