10 
İyl
2017
14:32
119
20
3334
Virtual karabakh

Zükerberq şəhər salacaq

10 İyl, 2017
14:32
3334

Zükerberq şəhər salacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un yaradıcısı Mark Zükerberq şirkətin ABŞ-ın Kaliforniya ştatında yerləşən mərkəzi ətrafında 1500 mənzilin yerləşəcəyi “mini şəhər”in salınacağını bildirib. 

Oxu.Az Hurriyet-ə istinadən xəbər verir ki, Silikon vadisində yaradılacaq “mini şəhərdə” evlərlə yanaşı, ofis və mağazalara da olacaq. 

33 yaşlı iş adamı əsas məqsədinin əməkdaşlarının daha rahat olması və daha az pul xərcləməsi üçün şərait yaratmaq olduğunu bildirib. 

Qeyd edilib ki, layihə 2 il ərzində başa çatdırılacaq və burada, sadəcə, “Facebook” əməkdaşları deyil, arzu edən hər kəs ev ala biləcək. Bununla yanaşı, evlərin əmlak bazarındakı qiymətlərdən 15 faiz ucuz olacağı da bildirilib.  

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri