11 
İyl
2017
10:06
81
9
1423
Virtual karabakh

İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

11 İyl, 2017
10:06
1423

İflic xəstələri ilə kompüter arasında əlaqə yaradan cihaz hazırlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İflic xəstəliyi keçirənlərin klaviaturada mətn yığması üçün xüsusi cihaz hazırlanıb. Məxsusi proqram təminatı iflic xəstəsinin beynini kompüterlə əlaqələndirməyə imkan verir. Aparatı hazırlayan ABŞ-ın Stenford Universitetinin alimləri təsdiq edirlər ki, cihaz iflicdən əziyyət çəkənlərin sözlərini böyük dəqiqlik və sürətlə kompüterə ötürməyə, displeydə mətn şəklində əks etdirməyə qadirdir.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, iflic keçirənin beynini kompüterlə sözün daşıyıcısı olan sinir impulslarını ötürən kabel birləşdirir. Məxsusi yaradılmış alqoritmlər sayəsində xəstənin düşündüyü söz və ifadələrin monitorda mətnə çevrilməsi baş verir.

Cihazın köməyi ilə ünsiyyət qurmaq üçün o qədər də mürəkkəb olmayan qısamüddətli təlim keçmək lazımdır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri