11 
İyl
2017
16:10
141
22
2160
Virtual karabakh

Regionlarda sürətli və keyfiyyətli internet olacaq

11 İyl, 2017
16:10
2160

Regionlarda sürətli və keyfiyyətli internet olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aztelekom” MMC  “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədilə yeni layihəyə start verib. 

Oxu.Az xəbər verir ki, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə   test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır. 
Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır. 

Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. 

Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri