11 
İyl
2017
18:05
126
26
1718
Virtual karabakh

Cəlilabad rayonunun telekommunikasiya infrastrukturu yenilənir

11 İyl, 2017
18:05
1718

Cəlilabad rayonunun telekommunikasiya infrastrukturu yenilənir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad rayonu ərazisində bir sıra yenidənqurma və genişləndirmə işlərini həyata keçirir.

Oxu.Az xəbər verir ki, rayonun mərkəzi və kənd elektron ATS-lərinin xətt şəbəkəsinin texniki normaya gətirilməsi, köhnə avadanlıqların istismardan çıxarılması, port tutumunun artırılması, yeni telefon çəkilişinin aparılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.

Mərkəzdə yeraltı çəkilmiş 2100 metr zədələnmiş kabellər yeni kabellərlə əvəz olunaraq, abunəçi xətti normaya gətirilib.

Paralel olaraq kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndi istiqamətində rabitə xətlərinin texniki normaya gətirilməsi və əlavə 50 telefonun çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb. Əlavə olaraq mərkəzi küçədə abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə 200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, mövcud abunəçilərdən əlavə 100 müştərinin yeni tikilmiş xəttə qoşulması təmin edilib.

Hazırda Günəşli kəndində rabitə xətt şəbəkəsində genişləndirmə və təmir işləri davam etdirilir.

Adnalı və Üçtəpə kəndlərində də şəbəkənin genişləndirilməsi və təmir-bərpa işləri aparılıb.

Bu müddət ərzində Muğan kəndində xətt şəbəkəsi genişləndirilərək 100 nömrə, Alar kəndində isə 50 nömrə artırılıb.

Qarazəncir kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ərazidə 20 yeni telefon çəkilməsi üçün xətt şəbəkəsi çəkilib.

Hazırda Cəlilabad Telekommunikasiya Qovşağının xidməti ərazisi üzrə xətt şəbəkəsində nəzərdə tutulmuş təmir-tikinti işləri davam etdirilir.

Gələcəkdə “Aztelekom”un digər xidməti ərazilərində də şəbəkənin yenidən qurulması və genişləndirilməsi işləri aparılacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri