12 
İyl
2017
11:01
8
58
1113
Virtual karabakh

“Facebook Messenger”də reklam yerləşdirmək mümkün olacaq

12 İyl, 2017
11:01
1113

“Facebook Messenger”də reklam yerləşdirmək mümkün olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” messencerinin tərtibatçıları tezliklə proqramda kommersiya elanlarının yerləşdirilməsi funksiyasının istifadəyə veriləcəyini açıqlayıblar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu barədə servisin rəsmi bloqunda deyilir.

Reklam messencerin dialoqlar arasında əsas tab-vərəqəsində yerləşdiriləcək. İstifadəçilər düyməni elanın üzərinə basmaqla dərhal şirkətin saytına keçə və ya nümayəndə ilə söhbətə başlaya biləcəklər.

Məlumata görə, reklam parametrləri smartfon ekranının ölçüsündən, eləcə də, saxlanılan dialoqların sayından asılı olacaq. Elanların yönləndirilməsi sistemi istifadəçi yazışmalarının məzmununu nəzərə almayacaq.

Reklamçıların yeni alətdən iyulun sonunadək yararlana biləcəkləri gözlənilir. Bununla yanaşı, funksiya dünyanın müxtəlif regionlarında tədricən istifadəyə veriləcək. 

Xatırladaq ki, “Facebook Messenger”də reklamın sınaqlarına 2017-ci ilin yanvarın sonunda başlanılıb. İlkin mərhələdə alətdən Avstraliya və Tailand istifadəçiləri yararlanmaq imkanı əldə edib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri