12 
İyl
2017
12:19
34
36
1124
Virtual karabakh

“Google” robot-jurnalist layihəsinə sərmayə yatırdı

12 İyl, 2017
12:19
1124

“Google” robot-jurnalist layihəsinə sərmayə yatırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın “Press Association” xəbər agentliyi “Google”dan robot-jurnalist layihəsi üçün 800 min dollardan çox maliyyə vəsaiti alıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Radar” adlanan layihə çərçivəsində xəbərləri robotların yazması nəzərdə tutulub. Robot jurnalistlərin ay ərzində yerli KİV üçün 30 mindən çox xəbər hazırlaya biləcəyi ehtimal edilir. Layihəyə 2018-ci ildə start veriləcək.  

Hazırda layihə üzərində 5 nəfər işləyir. Onlar açıq mənbələrdən alınan və tibb, kriminal, məşğuluq və digər sahələrə aid olan xəbərləri avtomatlaşdırmağa çalışır.

“Radar” yerli qəzet və saytların reklam və digər gəlirlərin azlığı şəraitində fəaliyyət göstərməsinə yardım edəcək. İnsanlardan tam imtina nəzərdə tutulmur, onlar xəbərləri redaktə etməyə davam edəcək.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri