12 
İyl
2017
16:52
7
52
4123
Virtual karabakh

“Android”də “Təşviş düyməsi” aşkar edildi

12 İyl, 2017
16:52
4123

“Android”də “Təşviş düyməsi” aşkar edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Android 7.1” mobil əməliyyat sisteminin istifadəçiləri “təşviş düyməsi”ni aşkar ediblər. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu rejim dərhal təhlükəli əlavəni söndürməyə imkan verəcək.

Əldə edilən məlumatlara əsasən, bu rejim “geriyə” düyməsini 4 dəfə cəld sıxmaqla aktivləşir. Nəticədə istifadəçi əlavə söndürüləndən sonra dərhal əsas ekrana keçid alır. 

Öz növbəsində “Google” hələlik bu funksiyanı elan etməyib. “Təşviş düyməsi” sınaq mərhələsindədir. Bu isə o deməkdir ki, bu funksiya yalnız bəzi “Android” istifadəçilərinin istifadəsinə verilib. 

Xatırladaq ki, bundan əvvəl “Kasperski Laboratoriyası” “Android” istifadəçilərinə yeni virus barədə xəbərdarlıq edib. Bu virus kibercinayətkarların qurbanlarının pullarını mobil bank vasitəsilə hesablarından köçürür. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri