13 
İyl
2017
12:30
39
14
506
Virtual karabakh

Gözdən əlillər üçün mobil əlavə təqdim olunub

“Microsoft” korporasiyası gözdən əlillər və zəif görən insanlar üçün gündəlik həyatda yardımçı rolunu oynayacaq “Seeing AI” mobil proqramını təqdim edib.

Oxu. Az ICTnews-a istinadən xəbər verir ki, işində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir.

Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır.

Vizual obrazların tanınması yenilik olmasa da, “Microsoft” texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək.

“Seeing AI” prototipi ilk dəfə 2016-cı ilin martında “Build” konfransında nümayiş olunmasına baxmayaraq, proqramı iyulun 12-dən etibarən “App Store” mağazasından pulsuz yükləmək mümkündür.  

Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə, “Seeing AI” proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq.

“Microsoft” korporasiyası tərəfindən əlavənin “Android” əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.

L.Ə.

www.oxu.az 

Digər İKT xəbərləri