14 
İyl
2017
10:00
43
21
2313
Virtual karabakh

“Samsung Galaxy J5”-lə harada olmağınızdan asılı olmayaraq, əla şəkillərdən həzz alın!

14 İyl, 2017
10:00
2313

“Samsung Galaxy J5”-lə harada olmağınızdan asılı olmayaraq, əla şəkillərdən həzz alın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tezliklə çoxumuz səbirsizliklə gözlədiyimiz və hazırlaşdığımız istirahətə çıxacağıq. Hər kəs tətilə gedərkən minimum sayda, ən lazımi əşyaları götürmək istəyir. Fotoaparatla gəzmək və tanımadığınız insanlardan şəklinizi çəkməyi xahiş etmək, sonra bütün axşamı çəkdiyiniz şəkilləri smartfona köçürüb, axır ki, bundan sonra səhifənizdə yerləşdirmək... Belə istirahəti kim istəyər ki?! Hamımız tətildən xoş xatirələrlə qayıtmaq və öz sevincimizi yaxınlarımızla sosial şəbəkələr vasitəsilə anında bölüşmək arzusundayıq.

Qarşılayın, yeni “J (2017)” seriyasının təmsilçisi, eyni anda iki 13 MP-li kamera ilə təchiz olunmuş “Samsung Galaxy J5”. Zərif, tam metalik korpusla və 2.5D möhkəmləndirilmiş şüşə ilə örtülmüş 5.2 Super AMOLED HD displeylə birgə yeni smartfon keyfiyyətli və müasir kameralara malikdir. Bu qiymət seqmenti arasında belə keyfiyyətli şəkil çəkmək qabiliyyətinə malik smartfona çox nadir hallarda rast gəlmək olar.  Yeni kameraların sirri təkcə MP-lərdə deyil. Burada mühüm rolu işıq qüvvəti, optika və şəkil emalı alqoritmləri oynayır. Əsas kamera korpusun arxa panelində yerləşir və çıxıntısızdır.  Bu kamera təsvir detallarının dəqiqliyini (“yayılmış” şəkil effektinin aradan qaldırılmasını) təmin etmək üçün daha çox işıq toplama qabiliyyəti olan, yaxşılaşdırılmış optika ilə təchiz olunmuşdur.  

Hətta zəif işıqda belə qüsursuz şəkillər əldə etməyə icazə verən bu xarakteristika F/1.7 aperturası adlandırılır. Kameranın istifadəsi də olduqca rahat və başadüşüləndir. Kameranın istifadəsində əlavə komfortu yaradan, displey boyunca yerinin sizə uyğun dəyişilməsi mümkün olan “çəkim” düyməsidir. İndi “çəkim” düyməsi hər zaman “əlinizin altında” olacaq! 
“Samsung Galaxy J5”-in frontal kamerası, qiymətləri daha üstün olan smartfon modellərinin çəkdiyi selfilərdən heç də geri qalmayan şəkillər çəkməyə imkan verir. Kamera təkmilləşdirilmiş F/1.9 diafraqması üzərində işləyir. Diafraqma təsvirin ən bədii aləti sayılır, diafraqmanın “ölçüsünü” tənzimləyərək və istənilən obyekt üzərində  diqqəti cəmləyərək, şəkildə “vurğunun” hansı detala edilməsinə fotoqraf özü qərar verir. F/1.9 aperturası LED-flaşla bir yerdə, hətta zəif işıqda belə daha dəqiq detalizasiyalı parlaq və dəqiq şəkillər çəkməyə imkan yaradır. 

Xüsusi olaraq yeni frontal kameranın çoxsaylı lazımlı funksiyalarını qeyd etmək vacibdir ki, bunlardan biri PALM Selfie funksiyasıdır. İndi kimdənsə sizin şəkilinizi çəkməsini xahiş etməyə ehtiyac yoxdur, arzuladığınız fotonu bir saniyə içində özünüz də çəkə bilərsiniz. Əlavə çətinlik yaşamadan, sadəcə, kameraya “əlinizin içini” göstərmək yetərlidir. Kamera bu jesti “çəkmək” komandası kimi qəbul edib, bir göz qırpımında şəkilinizi çəkəcək. Bundan əlavə, əgər siz selfinizdə olduğunuz mənzərənin tam gözəlliyi ilə əks olunmasını istəyir və ya dostlarınızla kollektiv şəkil çəkdirirsinizsə, “Samsung Galaxy J5”-lə bundan asan istək yoxdur. Geniş bucaqlı (panorama)  selfi funksiyası sayəsində bütün dostlarınız kadra düşəcək. Yeni, şəklin üzərində düzəliş etmə imkanı funksiyası sayəsində isə siz kollektiv şəkilləri həm birinci dəfədən istədiyiniz kimi çəkə biləcəksiniz, həm də dostlarınız razı qalacaq. 

Böyük həcmdə şəkillərin sistemdə saxlaması üçün smartfon 16QB daxili  yaddaşla təchiz olunub. İstədikdə, microSD kartın köməyi ilə bu rəqəmi 256 QB-a qədər artırmaq olar.  
Sizə aid fotoşəkillərin ancaq sizin seçdiyiniz yaxınlarınızla bölüşülməsi üçün “Galaxy J5” smartfonu barmaq izi skareni ilə təchiz olunub.  Sizin məlumatlarınız hər zaman qorunma altında olacaq, hətta tətildə belə! 

Yenilənmiş və zərif “Samsung Galaxy J5(2017)” harada olmağınızdan asılı olmadan ən yaxşı yol yoldaşınızdır!  Yeni “J” seriyalı smartfonları artıq: “BakuElectronics”, “İrshadTelecom”, “KontaktHome”, “Maxi.az” və “Soliton” mağazalar şəbəkəsində əldə etmək olar. 

*Diqqət! “Samsung” smartfonlarını alarkən mütləq orijinallıq holoqramına nəzər yetirin.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri