14 
İyl
2017
16:55
59
31
631
Virtual karabakh

İDC: Robotlar bazarı 2021-ci ildə 230 milyard dollara çatacaq

2022-ci ildə robot bazarının 237 milyard dollara çatacağını düşünən “Tractica” şirkətinin ardınca İDC şirkəti də bu sahədə öz proqnozlarını açıqlayıb. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, cari ildə uçan pilotsuz aparatlar, həmçinin müvafiq aparat təminatı, proqram təminatı və xidmətlər də daxil olmaqla, robot satışları 97,2 milyard dollara çatacaq. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 17,9 faiz çoxdur. 

İDC şirkətində gözləyirlər ki, yaxın illərdə robot bazarı daha tez böyüyəcək. Daha dəqiq desək, gözlənilir ki, 2021-ci ildə orta illik artım 22,8 faiz təşkil edəcək. Əgər bu proqnoz özünü doğrultsa, qeyd edilən müddətin sonuna bu bazar pul nisbətində 230,7 milyard dollara çatacaq. 

L.Ə.

www.oxu.az 

Digər İKT xəbərləri