14 
İyl
2017
21:57
79
45
6598
Virtual karabakh

“iPhone 8”in kamerasının əsas xüsusiyyəti açıqlandı

14 İyl, 2017
21:57
6598

“iPhone 8”in kamerasının əsas xüsusiyyəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” şirkətinin mühəndisləri “iPhone 8” smartfonunun kamerasının funksionallığını artıracaq üçölçülü lazer skanetmə sisteminin yaradılması üzərində çalışırlar.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qurğunun əsas kamerasında əlavə reallıqla işdə təsvir dərinliyinin ölçülməsini, eləcə də çəkilişin sürətli avtomatik fokuslamasını təmin edəcək vertikal rezonatorlu səthi şüalanma lazerindən (VCSEL) istifadə olunacaq.

Məlumata görə, lazer şüalanma mənbəyindən, obyektiv, sensor və prosessordan ibarətdir. Sistemin qiyməti hər smartfon üçün 2 dollar təşkil edəcək.

Bununla belə, şirkət mühəndislərinin “3D” lazer skanetmə sistemi üzərində işi “iPhone 8” modeli satışa çıxarılanadək başa çatdıra biləcəklərinə əminlik yoxdur. Yeni sistemin 2018-ci ildə işıq üzü görəcəyi gözlənilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri