17 
İyl
2017
15:06
97
22
17039
Virtual karabakh

“WhatsApp”dan daha bir yenilik

17 İyl, 2017
15:06
17039

“WhatsApp”dan daha bir yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Populyar “WhatsApp” messenceri öz əlavəsində “YouTube” videolarını dəstəkləməyə başlayacaq. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar. 

Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Videoçarxlar birbaşa olaraq əlavədə açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır. 

Bu beta versiyanın istifadəçiləri “YouTube” çarxını fasiləsiz istifadə edərək bu videonun pəncərəsinin həcmini dəyişə, onu tam bağlı və ya tam həcmli ekranlı rejimdə göndərə də biləcəklər. Ancaq bu funksiya hələlik ancaq iOS əməliyyat sistemi ilə işləyən, “iPhone 6” cihazlarından başlayaraq daha yuxarı versiyalarda istifadə üçün yaradılıb. 

“Android” və ya “Windows Phone” əməliyyat sistemi ilə işləyən cihazlar hələlik yeni imkanlardan istifadə edə bilməyəcəklər. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri