19 
İyl
2017
11:57
127
63
3977
Virtual karabakh

Çin “WhatsApp”ı blokladı

19 İyl, 2017
11:57
3977

Çin “WhatsApp”ı blokladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin hökuməti “WhatsApp” messencerini qismən bloklayıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, istifadəçilər bir-birinə foto və video göndərə bilmirlər.

Nəşr yazır ki, bloklanmanın təşəbbüskarı ölkə hökuməti olub. Kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislər xəbəri təsdiqləyiblər. Onların dediyinə görə, bu, dövlət internet filtrlərinin fəaliyyəti nəticəsində yaranıb.

“WhatsApp” nümayəndəsi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Çin sosial şəbəkələrə qısqanc münasibəti ilə seçilən ölkələrdəndir. “Google”, “Flickr”, “Dropbox”, “Facebook”, “Twitter”, “YouTube” və qismən “Vikipediya” Çində bloklanıb. Vətəndaşlar bunların Çin analoqundan istifadə edir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri