19 
İyl
2017
15:06
73
14
2341
Virtual karabakh

Xilasediciləri barmaq izi ilə çağırın!

19 İyl, 2017
15:06
2341

Xilasediciləri barmaq izi ilə çağırın!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” istifadəçiləri xilasetmə xidmətini barmaq izi ilə gizli şəkildə çağıra biləcəklər. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, “Apple” şirkəti bu prosedurun patentini əldə edib.

Əgər 911 xidmətini yığmaq mümkün deyilsə, o zaman bu üsul qaçılmaz olacaq. “Əgər insan cinayətkarın baxışları altındadırsa, barmağını ekranda müəyyən ardıcıllıqla və təzyiqlə gəzdirdikdə, kömək çağıra bilər”, - deyə “Apple”ın patentlə bağlı açıqlamasında bildirilir.

Qeyd olunur ki, funksiya sistemə giriş parollarından yan keçməklə proqramlaşdırıla, istifadəçinin yeri barədə müvafiq orqanları məlumatlandıra, “iPhone”dan avtomatik olaraq səs və ya video göndərə bilər.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri