19 
İyl
2017
16:52
86
23
3887
Virtual karabakh

Yeni “ağıllı” bilərziklər nümayiş olunub

19 İyl, 2017
16:52
3887

Yeni “ağıllı” bilərziklər nümayiş olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar ürək döyüntüsünü, sürət, məsafə və istiqaməti ölçmək imkanına malik “FitBit” qurğularının tipik rəqibi hesab olunur.   

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bilərziklər orqanizmdə oksigen səviyyəsini, onun əzələlərə ötürülməsini ölçür. Ölçmənin dəqiqliyi 95 faiz təşkil edir. “Pro” modelində müstəsna olaraq yuxunun və nəfəsin keyfiyyətinin izlənilməsi üçün “TruSleep” funksiyası quraşdırılıb. Həmçinin, qurğu qaçış üçün “GPS” və “Running Сoach” ötürücüsünə malikdir. Ürəkdöyünmənin monitorinqi hər iki qurğuda fasiləsiz aparılır, hədəfi seçərək müxtəlif fəaliyyət növlərinin bu parametrə təsir göstərməsini təhlil etmək olar.  

Bildirilir ki, “ağıllı” bilərziklər müxtəlif məşqlərin fiziki hazırlıq səviyyəsinə təsirini göstərən və məşqlərdən sonra bərpa üçün tələb olunan vaxtı qiymətləndirən “Training Effect” funksiyası ilə təchiz ediliblər. Qurğular suyun altında 5 atmosfer təzyiqə davamlıdır.

Smartfon qoşulan zaman bilərziklər qurğu proqramı kimi işləyir və bildirişləri, xəbərdarlıqları və mətnli məlumatları göstərir. Qiymət və satışların başlanma müddəti barədə məlumat verilmir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri