20 
İyl
2017
10:00
10
39
1718
Virtual karabakh

“Samsung Wind-Free” ilə yayın istisini komfortlu sərinliklə keçirin

20 İyl, 2017
10:00
1718

“Samsung Wind-Free” ilə yayın istisini komfortlu sərinliklə keçirin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəhayət ki, yay gəldi. İstilər düşür, hava qızır, bizim ən başlıca köməkçimiz kondisioner isə artıq bir müddətdir ki, istirahətsiz işləyir. Təəssüf ki, bir çox kondisioner modellərində optimal dərəcədə soyuq hava kütləsinin daimi təmin edilməsi mümkün olmadığından biz tez-tez soyutma dərəcəsini azaltmaq, kondisioneri söndürmək, sonra isə yandırmaq məcburiyyətində qalırıq. Bu da öz növbəsində kondisionerin tam güclə işləməsinə baxmayaraq, yetərincə sərinlətməməsindən, və ya otağın hədsiz dərəcədə soyudulmasından baş verir. Belə bir şəraitdən ən çox gecə saatlarında əziyyət çəkirik, temperatur dəyişikliyi üzündən tez-tez oyanırıq.

Yeni Wind-Free™  sistemli “Samsung” kondisionerləri bu əziyyətə son qoydu. Yeni split sisteminin iş prinsipi iki pilləli soyutma prosesi üzərində qurulub. İlk növbədə otağın bütöv sahəsi Fast Cooling sürətli soyutma rejimində soyudulur, bu da o deməkdir ki, indi evinizin soyumasını saatlarla gözləmək lazım gəlməyəcək. Sonra isə siz idarəetmə pultunun köməyi ilə, kondisioneri daimi temperaturun qorunub-saxlanmasını təmin edən “küləksiz” Wind-Free rejiminə keçirirsiniz. 

Beləliklə, siz spit sisteminin ayarlarını dəyişmədən daim komfortlu hava şəraitindən həzz alırsınız. Amma Wind-Free-nin unikallığı onun iqlim balansı yaratmaq qabiliyyətindən deyil, soyudulmaya yeni innovativ “küləksiz” yanaşmasından irəli gəlir . Bəs bu yenilik nədən ibarətdir? Soyuq hava kütləsi 21000 mikroskopik məsamədən bərabər şəkildə paylanır və siz, demək olar ki, soyuq havanın hərəkətini hiss etmirsiniz. İndi kondisioner üstünüzə soyuq hava püskürmür və sizə, sadəcə, sərinlikdən həzz almaq qalır. Yeni texnologiyanın adı da buradan ilhamlanıb “küləksiz” - Wind-Free. 

Bundan əlavə, yeni kondisionerlərdə xüsusi “üç bucaq” konstruksiyadan istifadə edilib. Genişləndirilmiş hava qəbuledicisi, daha böyük ventilyatoru və v-formalı yönləndiriciləri sayəsində  bu konstruksiya daha böyük həcmdə hava kütləsini soyutmağa imkan yaradır. Qeyd etmək lazımdır ki, bu cür konstruksiya, soyuq hava kütləsinin daha böyük əraziyə paylanmasını təmin edərək, otağın ayrı-ayrı hissələrini deyil, bütöv sahəsini soyudur. 

Yeni 8 qütblü rəqəmsal invertorun  əvvəlki modellərlə müqayisədə otaq sahəsini 43% daha sürətli soyutmasına baxmayaraq, Wind-Free kondisionerləri olduqca qənaətcildirlər.  İnvertor texnologiyası adi modellərdən 32% daha az elektrik enerjisi sərf edərək, tələb olunan temperaturu uzun müddət davamlı yanıb-sönmədən təmin edir. Bu səbəbdən invertorlu kondisionerlər həm uzunömürlüdürlər, həm də daha sakit və effektiv işləyirlər.  

Yeni kondisionerlər tam gigiyenikdir və nəfəs aldığınız havanın daim təmiz və sağlam qalmasını təmin edirlər. Antibakterial örtüklü Easy Filter Plus filtri toz hissəciklərini, zərərli çirkləndiriciləri və allergenləri üzərində toplayır, Virus Doctor isə havanı 99%-ə qədər viruslar və bakteriyalardan təmizləyir.  Easy Filter Plus-un xarici korpus üzərində yerləşməsi, onun rahat şəkildə təmizlənib, yenidən yerinə quraşdırılmasını asanlaşdırır.  

Yeni sistem tam şəkildə innovativ bir həll olduğundan, kondisioner Wi-Fi modulla təchiz olunub. Sadəcə, Smart Home  əlavəsini smartfonunuza yükləyərək, siz harada olmağınızdan asılı olmayaraq, kondisionerin funksiyalarını tənzimləyə bilərsiniz.  Bununla da, evdə olmayanda da split sistemi aktivləşdirə bilərsiniz. 

“Samsung” kondisionerləri haqda daha ətraflı məlumatı “BakuElectronics” mağazalar şəbəkəsindən ala bilərsiniz.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri