21 
İyl
2017
17:38
24
119
1453
Virtual karabakh

Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri ilə təmənnasız təchiz olunacaq

21 İyl, 2017
17:38
1453

Jurnalistlər üçün tikilmiş ikinci bina multimedia xidmətləri ilə təmənnasız təchiz olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb. 

Sözügedən binadakı 255 mənzil Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (BTR MMC) tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Giqabit Passive Optical Network)  əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.

Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq. 

Binanın sakinləri BTR MMC tərəfindən “Üç bizimlə” layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri