22 
İyl
2017
13:10
325
27
7735
Virtual karabakh

Əbədi işləyən elektrik velosipedi yaradıldı

22 İyl, 2017
13:10
7735

Əbədi işləyən elektrik velosipedi yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı alimlər 10 ildən artıq üzərində çalışdıqları əbədi işləyən elektrik velosipedi yaradıblar. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, onlar radio dalğalar hesabına çalışan nəqliyyat vasitəsinin yaradılmasına nail ola biliblər. 

Velosiped 30 km/saat sürətlə hərəkət edə bilir.

Alim və mühəndislər bu elektrik velosipedi sınaqlar zamanı nümayiş etdiriblər. Möcüzəvi texnika geniş diapazonlu radiodalğalar hesabına işləyir. Alimlər qeyd ediblər ki, belə velosiped əbədi olaraq hərəkət edəcək. Ona görə ki, bütün dünyada elektronikanın sayı ildən-ilə artır.

Mühərrik və elektrik enerjisi generatorunun işi hesabına mütəxəssislər tam olaraq kinetik enerjini əldə edə biliblər. Generator qabaq təkərin vtulkasının daxilində yerləşir. Bimetal rama məhz bu radiodalğaları qəbul edir. Belə konsepsiya gələcək təhlillərə və miqyaslı satışlara yönəlib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri