22 
İyl
2017
20:40
31
87
2331
Virtual karabakh

Süni intellekt bədən “dil”ini başa düşəcək

22 İyl, 2017
20:40
2331

Süni intellekt bədən “dil”ini başa düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karnegi-Mellon Universitetinin alimləri insan jestlərinin dilini asanlıqla “oxuyaraq” əldə edilən informasiyanı interpretasiya edə bilən proqram yaradıblar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, alimlər texnologiyada 2 mərtəbə hündürlüyündə böyük günbəzin daxilində quraşdırılan 500 yüksək dəqiqlikli videokameradan istifadə ediblər. Beş yüz  kamera çoxsaylı informasiya emal edir, bir kadrın çəkilişində isə bütün vizual informasiyanın təhlili üçün çoxlu hesablama resursları tələb olunur. Bu halda sistem eyni anda üz ifadəsinin, başın, bədənin, ayaq və bütün əl barmaqlarının vəziyyətinin qiymətləndirməsini həyata keçirir. Layihə rəhbəri Yasər Şeyxin sözlərinə görə, insan öz vəziyyətini və emosiyalarını səsi ilə üz ifadəsi, hərəkətlər və bədən pozasından daha yaxşı bildirir.

“Lakin kompüterlər son vaxtadək bədən “dil”inin qarşısında aciz qalıblar. Biz süni intellektə insanın dünyaya gələndən bacardığının hamısını öyrətməyə nail olduq. Hazırda proqram təminatının sistemin analizi üçün 1 kamera ilə kifayətlənməsi üçün təkmilləşdirilməsi planlaşdırılır. Həmçinin, sistemin bir-biri ilə təmasda olan insan qrupunun bədən “dil”ini başa düşməsi üçün onu təkmilləşdirmək niyyətindəyik”, - layihə rəhbəri qeyd edib.

Layihə haqqında ətraflı məlumatın bu günlərdə keçirilən “Computer Vision and Pattern Recognition Conference (CVPR) 2017” konfransında verilməsi nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri