24 
İyl
2017
10:50
9
73
2393
Virtual karabakh

“Google Play”də təhlükəli virus yayılıb

24 İyl, 2017
10:50
2393

“Google Play”də təhlükəli virus yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google Play” internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) “BankBot” adlı troyan virusuna yoluxub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Dr. Web” antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən (“Viber”, “Spanchat”, “Instagram”, “WhatsApp”) yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.

Mütəxəssislər deyir ki, “BankBot” yükləndikdən sonra proqramın yarlığını silir, lakin fon rejimində fəaliyyət göstərməyə davam edir.

“Dr. Web”in hesablamaları göstərir ki, hazırda “Google Play” mağazasında mövcud olan təxminən 400 tətbiq “BankBot”a yoluxub.

Hazırda virusa daha çox Böyük Britaniya və ABŞ-dan olan istifadəçilərin mobil cihazları məruz qalıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri