25 
İyl
2017
10:31
27
170
5416
Virtual karabakh

Hopkins: Yaxın 30 ildə Aya köçmək lazımdır

25 İyl, 2017
10:31
5416

Hopkins: Yaxın 30 ildə Aya köçmək lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur britaniyalı fizik Stiven Hopkins bəyan edib ki, yaxın 30 ildə bəşəriyyət Yerdən immiqrasiya etməlidir.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “U-News” məlumat yayıb. Onun sözlərinə görə, ilk olaraq Ayda baza yaratmaq lazımdır.

“Mən əminəm ki, insanlar Yeri tərk etməlidirlər. O, getdikcə bizim üçün çox kiçik olur və bizim fiziki resurslarımız həyəcanlı templərlə əldən düşür”, - deyə Hopkins Norveçdə keçirilən Starmus IV beynəlxalq elm və incəsənət festivalında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Yerdə həyata bir sıra faktorlar, o cümlədən qlobal istiləşmə və asteroid düşməsi təhlükə yaradır. Alim kosmosun fəthini Xristofor Kolumbun Amerikanı kəşf etməsi ilə müqayisə edib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri