25 
İyl
2017
13:11
33
49
2052
Virtual karabakh

Azərbaycan “Vikipediya”da 53-cü pilləyə yüksəlib

25 İyl, 2017
13:11
2052

Azərbaycan “Vikipediya”da 53-cü pilləyə yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vikipediya”nın Azərbaycan dilində olan bölməsində hazırda 122 min 515 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanadan (MEK) Trend-ə verilən məlumata görə, 2017 ci ilin iyul ayında Azərbaycan dilində olan vikipediya (Azviki) bir pillə irəliləyiş əldə edib. Urdu dilində olan “Vikipediya”nı keçərək 53-cü pilləyə yüksəlib.

Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə “Vikipediya” ilə bağlı seminarlar, görüşlər və tədbirlər müntəzəm təşkil edilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri