26 
İyl
2017
09:37
8
63
2317
Virtual karabakh

İnterneti məhv edən yeni hücum tipi yayıldı

26 İyl, 2017
09:37
2317

İnterneti məhv edən yeni hücum tipi yayıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayətkarlar “IoT” botnetlərindən (“Əşyalar interneti” sahəsi üzrə qurğuların daxil olduğu xüsusi proqramlar) interneti məhv edən miqyaslı, ağır nəticələrə səbəb olan hücumlar üçün platforma kimi istifadə edə bilərlər.

Oxu.Az Ictnews-a istinadən xəbər verir ki, “Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.

Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.

“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, - hesabatda deyilir.

“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri